XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 00:02

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək- Rəsmi səfər

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana rəsmi səfərə gəlir.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin xüsusi nümayəndəsi “Twitter”də bildirib.

Aİ diplomatı Moskvadakı görüşləri tamamladığını və Bakıya səfər etdiyini yazıb.

“Azərbaycanda substantiv görüşləri səbirsizliklə gözləyirəm”, o qeyd edib.