XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 12:11

“Əməkdaşlarımız intihar edən şagirdlərin ailələrinə baş çəkib” –Təhsil Nazirliyi

Təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Bu barədə nazirlik məlumat yayıb.

Qeyd edək ki, intihar hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.