XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 16:36

“Atəşkəsdən sonra azad edilmiş ərazilərdə 10 mülki şəxs minaya düşərək həlak olub”-Baş Prokurorluq

10 noyabr 2020-ci il tarixindən bu günədək işğaldan azad edilmiş ərazilərdə 10 mülki şəxs minaya düşərək həlak olub, 11 mülki şəxs isə yaralanıb.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan və ərazilər minalardan təmizlənənədək həmin ərazilərə səfər etməmələrini xahiş edib.