XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 18:21

Paşinyan Baş Qərargahın şəxsi heyəti ilə görüşüb –VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin şəxsi heyəti ilə görüş keçirib.

O, feysbuk səhifəsində görüşün videosunu da paylaşıb.

Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsinə namizəd olaraq təqdim etdiyi Artak Davtyan da kadrda görünür.

Qeyd edək ki, martın 10-da Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. Armen Sarkisyanın onun namizədliyini üç günə təsdiqləməlidir.

Xatırladaq ki, A.Davtyan martın 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsi təyin edilmişdi.

Qeyd edək ki, A.Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olub. O, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində – 2020-ci il iyunun 7-də oğluna toy edib. Ölkədə fövqəladə vəziyyət olmasına baxmayaraq, təşkil olunan toy mərasimində 100-dən çox qonaq iştirak edib. Koronavirus pandemiyasına görə ağır vəziyyətlə üzləşən ölkədə Baş Qərargah rəisinin bu addımı ictimaiyyətdə rezonans doğurub. Etirazlara cavab olaraq onun Baş Qərargah rəisi vəzifəsindən istefa verdiyi ehtimal edilirdi.

O, ötən il iyulun 17-də Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri təyin olunmuşdu. Ancaq bu vəzifədə də çox işləməyib. A.Davtyan 2020-ci il noyabrın 16-da bu vəzifədən də azad olunub.