XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 20:40

“WhatsApp”da yazışmaların ehtiyat nüsxəsi şifrlənəcək

“Facebook” sosial şəbəkəsinə məxsus olan “WhatsApp” messencerində bulud xidmətində saxlanılan yazışmaların ehtiyat nüsxəsinin şifrlənməsi planlaşdırılır.

Bulud arxivinə icazəsiz girişin qarşısını almaq üçün gələcək ehtiyat nüsxələrin şifrlənməsində istifadə ediləcək parol təyin etmək mümkün olacaq. Mesajları arxivdən bərpa etmək istədikdə həmin şifri daxil etmək lazım gələcək. Bildirilib ki, “WhatsApp” unudulmuş şifrin bərpasında istifadəçiyə kömək edə bilməyəcək(azərtac).