XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 11:41

Erməni diversant necə əsir alındı? – Zabitlərimiz danışdı
Azərbaycan Silahlı Qüvvələrinin zabit və əsgərləri ötən il dekabrın 26-da erməni diversant, baş çavuş Arsen Baqdasaryanın əsir düşməsinin təfərrüatlarını açıqlayıblar.
Strateq.az APA-ya istinadən xəbər verir ki, Baqdasaryanı hərbi qulluqçularımız Şərif Vəliyev və Faiq Əhmədov ələ keçirib. Hadisə barəsində danışan zabit Səməd Məmmədov deyib ki, erməni təxribatçı Baqdasaryan və onun silahdaşları mövqelərimizə keçərək təxribat törətmək istəyirmişlər:
“Ancaq döyüşçülərimiz vaxtında onları aşkarlayıb və təxribat törətmələrinin qarşısını alıblar. Ermənistan ordusunun hərbi qulluqçusu Baqdasaryanı isə bizim cəsur hərbi qulluqçularımız Şərif Vəliyev və Faiq Əhmədov hadisə yerində ələ keçirmişdilər. Onlar hərbi hissəmizin nümunəvi hərbçiləridir və hazırda hərbi hissənin Şərəf lövhəsinə onların fotoları vurulub”.
Hərbi qulluqçu Zabit Vəliyev isə bildirib ki, sorğu-sual zamanı erməni hərbçi əvvəlcə yalan danışıb: “Hər gün olduğu kimi, yenə postları yoxlamağa gedirdim. Dekabrın 26-sı idi, ətrafa sakitlik çökmüşdü. Əvvəlcə gedib sol tərəfdəki postları yoxladım. Hər şey qaydasında idi, fövqəladə bir şey hiss olunmurdu. Döyüşçülərimiz postlarda ayıq-sayıq dayanmışdılar, düşmən mövqelərinin müşahidəsini aparırdılar. Onların vəziyyətilə maraqlandım, yenə ayıq-sayıq olmağı, düşməni nəzərdən qoymamağı tapşırdım. Postu yoxladım, döyüşçülərimizi həmişəki kimi diqqətli olmağa çağırdım. Taqım komandiri zabit Faiq Əhmədova tapşırıqlar verdim. Bu zaman qəflətən döyüş növbəsi aparan əsgər Pərviz Şıxəliyevin həyəcanlı səsi eşidildi.
Yuxarı komandanlığa tez məlumat verərək dərhal silahımı götürdüm, zabit Faiq Əhmədovla birlikdə irəli getdik. Bizim arxamızca bölmənin döyüşçüləri qaçırdılar. Gördüm ki, mülki geyimli bir nəfər qaçmaq istəyir. Həmin istiqamətdə bizim hava hücumundan müdafiəçilər erməni helikopterini vurub salmışdılar. “Dur!” deyə dərhal ona uca səslə komanda verdim. O, elə bil, özünü itirdi, ermənicə nəsə dedi, anlamadım. Eyni komandanı rusca təkrar etdim. Erməni dərhal uzandı yerə və əllərini araladı. Yaxınlaşıb əllərini arxadan bağladım, onun üzərində baxış keçirdim. Əyninə kurtka, cins şalvar, ayaqqabı geyinmişdi. üzərində mobil telefon, ehtiyat telefon batareyası və bir də itiuclu bıçaq tapdım. İdman papağı vardı, onu boğazınacan keçirdim və posta gətirdik. Yuxarı komandanlığa erməni təxribatçını ələ keçirməyimiz barədə məruzə elədim. Sorğu-sual zamanı erməni hərbçisi əvvəlcə dedi ki, guya çobandır, adı da Vazgen Qriqoryandı, səhvən azıb gəlib buraya”.
Qısa zamanda yuxarı komandanlıqdan da hadisə yerinə gəlir, ermənini götürüb gedirlər. Komandir hadisə yerini ciddi yoxlamağı, mina baxışı keçirməyi zabit Vəliyevə tapşırır.
Zabit Faiq Əhmədov isə bildirib ki, istehkamçılarla oranı yoxlayarkən bir-birindən iki metr aralı üç piyada əleyhinə mina basdırıldığını aşkar ediblər: “Yaxşı ki, hadisə zamanı heç kim həmin minalara düşməmişdi. Görünür, helikopter vurulduğuna görə bizim döyüşçülərdən qisas almaq istəyirdilər”.
Digər iki erməni əsgərə isə hadisə yerindən qaçmaq müyəssər olub.
Döyüşçülərimizin ayıq-sayıqlığı, cəsurluğu komandanlıq tərəfindən lazımınca qiymətləndirilib. Hərbi hissə komandiri göstərdikləri şücaətə və düşmən diversantını ələ keçirdiklərinə görə zabit Şərif Vəliyevi, Faiq Əhmədovu fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi bir neçə maddə ilə təqsirli bilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən, erməni diversantı 15 il müddətinə azadlıqdan məhrum edib.