XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 06:08

Medvedev İrəvana, oradan da Bakıya gələcək –Səfər proqramında dəyişiklik

medved-1

 

Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 7-də İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

 APA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

“Aprelin 8-də isə Dmitri Medvedevin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutacaq. Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya baş nazirinin səfərinin proqramına müəyyən dəyişikliklər edilib”,- məlumatda deyilir.

Dmitri Medvedev həmçinin aprelin 7-də İrəvanda ermənistanlı həmkarı Ovik Abramyanla, bir gün sonra isə Azərbaycan baş naziri Artur Rasizadə ilə görüşəcək.

Qeyd edək ki, aprelin 6-da Artur Rasizadə və Dmitri Medvedev arasında telefon danışığı olub.