XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 12:52

Sabah hava necə olacaq? –Proqnoz

hava-gunesli

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.