XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 15:28

Müdafiə Nazirliyində “qaynar xətt”fəaliyyətə başladı

Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində "qaynar xətt" fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən verilən məlumata görə, son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir.

Yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sutka ərzində fəaliyyət göstərən 406-87-41 nömrəli "qaynar xətt" yaradılıb.

Strateq.az