XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

07 Aprel 2016 - 19:18

Ombudsman Elmira SüleymanovaAŞPA-ya çağırış etdi

ombudsman-yeni

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova AŞPA-nı ölkəmizin haqq işinə dəstək verməyə çağırıb.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakla görüşü zamanı ombudsman AŞPA-nın sədri Pedro Aqramuntun, Almaniya Bundestaqının, həmçinin Rusiya Dövlət Dumasının deputatlarının cəbhə bölgəsindəki son hadisələrlə bağlı bəyanatlarını xatırladıb.

Müvəkkil Ermənistanın 1988-ci ildən başladığı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisinin, eləcə də yeddi ətraf rayonun işğal edildiyini, ölkəmizin 20 faiz ərazisinin zəbt olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirib.

Son günlər cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması barədə qonaqlara ətraflı məlumat verilib. Ermənilər tərəfindən Azərbaycanın mülki əhalisinin atəşə tutulması faktının beynəlxalq sənədlərə, o cümlədən müvafiq Cenevrə konvensiyalarına zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası, Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının həyata keçirilməsində ombudsmanın iştirakı, onun Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq əlaqələri barədə məlumat verilib.