XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 11:12

Milli Məclisdə bu qanunlar müzakirə olunacaq –SİYAHI

meclis-1.jpg

Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

İclasına gündəliyinə 8 məsələ daxil edilib.

İclasda Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi, “Sosial sığorta haqqında” qanun layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi daxil edilib.

APA