Prezidenti İlham Əliyev Azərbaycanın SSRİ dövründəki tarixinin yazılmasının vacib olduğunu deyib.
Strateq.az bildirir ki, Respublika Günü ilə bağlı keçirlən təntənəli mərasimdə çıxış edən dövlət başçısı bu məsələyə toxunub.
“Sovet dövründə həm müsbət, həm mənfi tərəflər var idi. Hesab edirəm ki, bizim alimlər sovet dövrünü də və Azərbaycanın rolunu da daha geniş şəkildə təhlil etməli, sanballı elmi əsərlər təqdim edilməlidir”-deyə prezident bildirib.
İ. Əliyev qeyd edib ki, onun təşəbbüsü ilə İrəvan xanlığı haqqında sanballı araşdırma aparılıb. “Necə ki, vaxtilə mənim məsləhətimlə alimlərimiz İrəvan xanlığı haqqında çox dəyərli, tarixi həqiqətə əsaslanmış elmi əsər yaratmışlar”.
Prezident İlham Əliyev deyib ki, əgər iki ildən sonra Azərbaycan Xalq Cumhuriyyəti süqut etməsəydi, bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi:
“Ondan sonra sovet dövrü başlamışdır”-deyə dövlət başçısı SSRİ dövrünün tarixşünaslığının da araşdırlmasının vacibliyini qeyd edib.