XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2015 - 09:47

Azərbaycanda 6558 Türkiyə vətəndaşı səs verəcək

turkiye.jpg

Azərbaycandakı Türkiyə vətəndaşları 31 may 2015-ci il tarixində Türkiyənin Bakıdakı səfirliyi, Gəncə və Naxçıvan konsolluqlarında Bakı saatı ilə saat 10.00 – 19.00-a qədər Türkiyə Böyük Millət Məclisinə millət vəkilləri seçkiləri üçün səs verəcəklər.

Bu barədə “Strateq.az” saytına TRT-nin Bakı təmsilçiliyindən məlumat veriblər. Məlumatda bildirilir ki, Azərbaycanda 6.558 nəfər Türkiyə vətəndaşı olan seçici var.

Seçicilərin 5.916 nəfəri Türkiyənin Bakıdakı səfirliyində, 340 nəfəri Gəncə konsolluğunda, 302 nəfəri isə Naxçıvan konsollugunda qeydiyyatdadırlar.

Səfirlikdə 5 səsvermə qutusu , Gəncə ve Naxçıvan Baş konsolluqlarında 1 səsvermə qutusu seçicilərin ixtiyarına veriləcək.

Seçicilər, həmçinin olduqlari xarici ölkədə səsvermədə iştirak etmədikləri halda, 08 may- 08 iyun 2015 tarixləri arasında www.ysk.gov.tr adresinə daxil olmaqla elan edilmiş sərhəd gömrük qapılarında səs verə bilərlər.

Xatırladaq ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcəkdir.

“Strateq.az”