XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 18:34

“Artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki,..” –Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi

"Artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir".

Bunu  Müdafiə Nazirliyi mətbuat xidmətindən Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus pilotsuz uçan aparatın (PUA) vurulması barədə yaydığı məlumata münasibət bildirərkən deyilib.

MN-dən bildirilib ki, bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.

"Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, “vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.

Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər", – deyə, MN-dən bildirilib.

APA