XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 20:39

“Qarabağ” komandasıböyük hesabla qalib gəldi

14601286763004524719_1000x669

Aprelin 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Azərtac xəbər verir ki, turun açılış oyununda çempionatın lideri “Qarabağ” doğma meydanda Gəncənin “Kəpəz” klubuna böyük hesabla qalib gəlib – 4:0.

Oyuna daha fəal başlayan meydan sahibləri 17-ci dəqiqədə istəyinə nail olub. “Qarabağ”ın braziliyalı legioneri Reynaldonun zərbəsindən sonra top “Kəpəz”in futbolçusu Tural Axundova dəyərək tora daxil olub. Qurban Qurbanovun komandası ilk hissənin başa çatmasına üç dəqiqə qalmış azarkeşləri bir daha sevindirib. Dani Kintananın 42-ci dəqiqədə vurduğu zərbə yenidən T.Axundova dəyərək qapıdan keçib. İlk hissə "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci hissə də meydan sahiblərinin hücumları şəraitində keçib. Mahir Mədətov maçtın 62-ci dəqiqəsində hesab arasındakı fərqi artırıb – 3:0. Görüşün son saniyələrində Samuel Armenteros dördüncü topu “Kəpəz”in qapısından keçirib – 4:0.

Beləliklə, “Qarabağ” XXIX turdan sonra 66 xalla turnir cədvəlinin vahid lideridir. Aktivində 45 xal olan “Kəpəz” isə dördüncü sıradadır.

Turun digər oyunları aprelin 9-da və 10-da oynanılacaq.