Dünən Bakının Nardaran kəndinin yüzlərlə sakini İmam Hüseyn (ə) meydanında etiraz xarakterli aksiya keçirərək Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsini pisləyib.
Strateq.az bildirir ki, bu barədə Tehran Radiosu məlumat yayıb.
ötən gün günortadan sonra baş tutan bu aksiyada iştirakçılar “Ali-Səuda ölüm!”, “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarlarını səsləndiriblər. Etirazçılar Yəməndə baş verənləri “cinayət” adlandıraraq pisləyib və beynəlxalq dairələri və insan haqları müdafiəçilərinin bu hadisələrə etinasız qalmalarını sərt tənqid ediblər.
Etirazçılar ruhani Şeyx Məhəmməd Baqir Nimrini dəstəklədiklərini bildiriblər.
Etirazçılar sonda ABŞ və İsrail bayraqlarını yandırıblar.