XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Aprel 2016 - 17:34

Daşkəsəndə ayılar kəndə hücum edib- Xəsarət alan var

1460203222476372276_1000x669

Daşkəsən rayonunun Çıraqlı kəndində ayılar əkin sahəsində işləyən bir nəfər kənd sakininə hücum edərək ona xəsarət yetiriblər.

Yaralı – Çıraqlı kənd sakini 32 yaşlı Elbrus Bayramov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstəyə təcili-tibbi yardım göstərilib.

Kənd sakinlərinin sözlərinə görə, vəhşi heyvanlar aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin silahlı bölmələrinin açdığı atəş səslərindən hürkərək meşədən kəndin içərisinə doğru gəliblər. Sakinlər bildirirlər ki, gecə saatlarında kənddə hərəkət xüsusilə təhlükəli olur(azərtac).