XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Aprel 2016 - 19:12

“İnter” AZAL-aqalib gəldi

1460210560183035360_1000x669

Aprelin 9-da futbol üzrə Topaz Premyer Liqasında XXIX tur çərçivəsində Bakının “İnter” klubu ilə AZAL üz-üzə gəlib.

Azərtac xəbər verir ki, son iki turda qələbə qazanan Tərlan Əhmədovun komandası səfərdə “İnter”ə minimal hesabla məğlub olub – 0:1. Matçda yeganə qolu 64-cü dəqiqədə Vüqar Nadirov vurub.

Bu qalibiyyət sayəsində “İnter” 48 xalla üçüncü pillədəki mövqeyini möhkəmləndirib. Tərlan Əhmədovun komandası isə 39 xalla altıncı yerdə qalıb. Tura aprelin 10-da oynanılacaq “Rəvan” – “Zirə” və “Xəzər Lənkəran” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.