XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Aprel 2016 - 18:15

Nobel prospektində yeniyeraltı piyada keçidi tikilir

1460292681203237118_1000x669

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yeraltı piyada keçidinin tikinti işləri aparılır.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Beləliklə, vətəndaşların "Bakı Ağ Şəhər"dən birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə təhlükəsiz keçidi təmin ediləcək.

Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşası aparılır.

Qeyd edək ki, "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini – Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində bu cür daha bir keçidin inşası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə də aparılacaq.