XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 07:08

Rayon maşınlarının Bakıya girişinə qadağa xəbəri – Yol polisi aydınlıq gətirdi

“İlk Avropa Oyunlarının keçiriləcəyi dövrdə rayonlardan gələn avtomobillərin Bakı şəhərinə daxil olmasına qadağa qoyulmayıb, sadəcə istiqamət dəyişdirilib”.
Strateq.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən (BŞBDYPİ) məlumat verilib.
BŞBDYPİ bildirib ki, paytaxt ərazisində sıxlığın və tıxacların yaranmaması üçün iyunun 1-dən şəhərin giriş qapılarında istiqamətlər dəyişdiriləcək: “Birinci Avropa Oyunları iştirakçılarının, idmançıların və sakinlərin təhlükəsziliyinin təmin olunması məqsədi ilə bölgələrdən gələn sürücülərin avtomobillərini saxlamaları üçün şəhərin giriş istiqamətlərində şərait yaradılıb. Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb, hər cür şərait yaradılıb. ümumilikdə 8 hektar ərazi ayrılıb.
Avtomobillər həmin ərazilərdə nəzarət olunmaqla park olunacaq və ayrılmış ekspress avtobuslar və marşrutlar vasitəsi ilə hər kəs şəhərə daxil ola biləcək”.
Məlumatda qeyd olunub ki, Sumqayıt istiqamətindən hər gün Bakıya 60 min insan gəlir: “Sumqayıtdan və digər istiqamətlərdən Bakıya daxil olan insanların daşınması və mənzil başına çatdırılması üçün görülən tədbirlər artıq yekunlaşıb”.