Ermənistan son hərbi əməliyyatlar zamanı cəbhədə həlak olmuş 13 azərbaycanlı hərbçinin cəsədini Azərbaycana təhvil verib.
Strateq.az bildirir ki, proses Beynəlxalq Qırmızı Xaç və ATƏT-in şəxsi nümayəndəsinin ofisinin vasitəçiliyi ilə aparılıb. Bundan əvvəl Azərbaycan 18 erməni hərbçisinin meyitini Ermənistana qaytarıb.