XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 08:40

Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edilib – SİYAHI

Azərbaycan Məhkəmə-Hüquq Şurasına (MHŞ) yeni üzvlər təyin edilib.

Strateq.az Report-a istinadən xəbər verir ki, Salyan rayon Məhkəməsinin sədri Xəqanı Tağıyev, 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin hakimi İlham Əhmədov və Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov MHŞ-nin üzvü kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, R.İbrahimov həm də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür. O, MSK-da hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, MHŞ-da Vəkillər Kollegiyasının üzvü Şəfayət Həsənovu əvəz edib. MHŞ-da yeni üzvlərin təyin olunduğu digər iki yer isə vakant olub.
Hazırda MHŞ-da bir vakant yer var.