XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 16:38

UNİCEF-in regional təmsilçisi BAMF-ın ofisində olub –FOTO

umud-unesef

Bu gün UNİCEF-in regional təmsilçisi cənab Asim Rehman BAMF-ın ofisində olub.

BAMF-ın Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, qonağa BAMF-ın fəaliyyəti və hədəfləri haqqında məlumat verən fondun sədri Umud Mirzəyev bildirib ki, fond buna qədər UNİCEF-lə birgə, əməkdaşlıq çərçivəsində bir çox ciddi layihələrə imza atıb:

"Həmin layihələrdən biri də məhz Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNİCEF-in maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin iştirakı ilə Azərbaycanın ümumilikdə 21 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı” dır. Bu layihə ümumilikdə 1500-dən çox gənci əhatə edərək, ölkənin bölgələrində qərarların qəbul olunmasında, ekologiya,fərdi inkişaf,işlə təmin olunma və pis vərdişlərə qarşı mübarizə sayəsində gənclərin lokal layihələr hazırlamasına böyük tövhə verib".

Bununla yanaşı, fond sədri BAMF-ın Tərtər regional Peşə Mərkəzinin fəaliyyətindən, o cümlədən müharibədən zərər çəkmiş ərazilərdə fondun gördüyü işlər barəsində qonağı məlumatlandırıb.

Görüşdə gələcək əməkdaşlığın perspektiv imkanları da müzakirə olunub.

Qeyd edək ki, müzakirələrdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova da iştirak edib.