XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 09:23

Şərqşünaslıq İnstitutu “Elmi araşdırmalar”ın növbəti buraxılışını təqdim etdi

elmi-arasdirmalar-amea.jpg

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun “Elmi araşdırmalar”ının X-cu buraxılışı işıq üzü görüb.

İnstitutdan Strateq.az-a verilən məlumata görə, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın redaktəsi ilə nəşr olunmuş elmi-nəzəri məqalələr toplusunun bu sayında 50-yə yaxın məqalə 6 bölmədə təqdim olunub.

“Ədəbiyyatşünaslıq” bölməsində Səbinə Səlimovanın “Harun ər-Rəşid obrazı ərəb folklor nümunəsində”, Səadət Şıxıyevanın “Azərbaycan təsəvvüf ədəbiyyatı tarixinə bir beyti ilə daxil olan şair – Şah Xəndan”, Paşa Kərimovun “Süruri dövrü – Vatikan nüsxəsi” və s. kimi maraqlı məqalələri dərc olunub.

Dilçiliklə bağlı bölmədə Laura Orucovanın “Əl-Bərdəinin “Hədəiqüd-dəqiq” adlı əsəri əsasında ərəb dilində köməkçi sözlərin rolu”, Zenfira Rüstəmovanın “İraq-türkman dialektinin tədqiq tarixi haqqında bəzi mülahizələr” kimi məqalələrini qeyd etmək olar.

“Tarix, arxeologiya, etnoqrafiya” bölməsində Şahin Mustafayevin “çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri”, Fərda Əsədovun “Xəzərlərin ərəblərlə İpək yolu ticarətində tərəfdaşlığı”, Vidadi Mustafayevin “Cənubi azərbaycanlıların etnonim məsələsi” və s. məqalələr yer alıb.

Topluda həmçinin Qadir Səfərovun “İbn Ərəbinin “əyani-sabitə”si islam metafizik fikrində yeni mərhələ kimi” (“Fəlsəfə” bölməsində), Esmeralda Həsənovanın “Türkiyə ictimai-siyasi fikrində nurçuluq” (“İlahiyyat” bölməsində), Dünyamalı Vəliyev və Zahediavval Masoudun “Qlobal maliyyə böhranının (2008-2010-cu illər) Yaxın Şərq ölkələrində təzahürü xüsusiyyətləri” (“İqtisadiyyat” bölməsi) kimi maraqlı məqalələr dərc olunub.

Strateq.az