XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 18:35

Prezident BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul etdi –Müzakirə (FOTO)

ilham-qulam

Prezidenti İlham Əliyev bu gün BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Strateq.az xəbər verir ki, qəbulda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai etimadnamə məktubunu Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu, ölkəmizin təşkilat ilə çox fəal əməkdaşlıq həyata keçirdiyini dedi. Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini bildirən dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının təsisatlarında iştirakını uğurla davam etdirəcəyinə ümidvar olduğunu deyib.

Son iyirmi il ərzində təmsil etdiyi qurum ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq həyata keçirildiyini bildirən Qulam İsakzai BMT-nin Azərbaycan hökuməti ilə mövcud olan tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətində olduğunu bildirib.

Prezident İlham Əliyev ölkəmiz ilə BMT arasında çox fəal əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd edib. Yoxsulluğun azaldılmasının ən böyük nailiyyətlərimizdən biri olduğunu deyən dövlətimizin başçısı bütün ölkə miqyasında yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində iş aparıldığını, məşğulluğun yeni mexanizmlərinin təqdim olunduğunu, sosial proqramların həyata keçirildiyini bildirib. 

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasının ölkəmiz üçün yaxşı təcrübə olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətinə toxunaraq Azərbaycanın dünyaya təqdim olunması, eyni zamanda, ölkəmizin inkişaf sahəsində qazandığı təcrübəni bölüşməsi baxımından tədbirin önəmini qeyd edib.