XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 23:25

Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətiTürkiyəyə getdi...

trend_elmar_mammadyarov_201015

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına yola düşüb. 

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda keçirəcəyi 13-cü zirvə toplantısına hazırlıq iclasında iştirak etməkdir.

İclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.