Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi”nə dəyişikliklər edilib.
Strateq.az xəbər verir ki, dəyişikliklərə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
Xatırladaq ki, bu dəyişikliyə qədər ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilib.