XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2016 - 09:56

Ter-Petrosyan Sərkisyanı “DQR”-itanımağa çağırıb

 

petrosyan

 

“Mənim Ermənistan prezidenti Serj Sərkisyanla görüşüm gözlənilməz olmamalıydı, çünki hakimiyyətlə ciddi fikir ayrılığının olmasına baxmayaraq, mən həmişə Dağlıq Qarabağa təhlükə anında analoji təşəbbüslə çıxış etmişəm”.

Bu sözləri Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Lur.am-a müsahibəsində bildirib. (Turan)

Aprelin 5-də o, Sərkisyana məktub yazıb: “Serj, düşünmürsən ki, yaranmış vəziyyətdə bizim görüşümüz cəmiyyətə müsbət təkan verəcək,  erməni xalqı və beynəlxalq birlik tərəfindən yaxşı qarşılanacaq? Təbii ki, söhbət vəziyyətdən şərəflə və siyasi itkisiz çıxmaqdan, həmçinin Ermənistan tərəfindən DQR-in tanınması ideyasının məqsədəuyğunluğundan və Ermənistan Respublikası ilə DQR arasında qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalanmasından gedir.

Bu ideyalar təbliğat fəndi kimi əsasa malikdir, lakin onların gerçəkləşdirilməsi anın tələbinə impulsiv cavabdan yox, ciddi müzakirələr və dəqiq hesablamalarlardan irəli gəlməlidir. Görüşün vaxtını və yerini sənə həvalə edirəm. Görüş faktı açıqlanarsa, bunun mənim təşəbbüsümlə olduğunu deyə bilərsən”.

Sonrakı günlər Sarkisyan Almaniyaya getməli olduğundan telefonla Ter-Petrosyana çatdırıb ki, görüş o qayıtdıqdan sonra ilk prezidentin evində olacaq.

Ter-Petrosyan qeyd edib ki, başqa ölkələrdə xarici təhlükələr zamanı daxili siyasi fikir ayrılığı bir qayda olaraq kənara qoyulur və sağlam siyasi və ictimai qüvvələrin səyləri milli təhlükəsizliyin möhkəmləndirilməsinə və təhlükələrin qarşısının alınmasına yönəlir. 

Aprelin 9-da Serj Sərkisyan Ter-Petrosyanla Qarabağda vəziyyəti, danışıqlar prosesinin inkişafını, həmçinin bu cür çağırışların qarşısının alınması üçün milli konsolidasiyanın vacibliyini müzakirə edib. 

Ermənistanın ikinci prezidenti Robert Köçəryan hələlik bununla bağlı fikrini bildirməyib.