XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 11:32

Ermənilər Qapanlı kəndini müxtəlif növ iriçaplı silahlardan atəşə tutub –İcra başçısından açıqlama

musteqom-terter-icra

Ermənilər Tərtər istiqamətində atəşkəsi pozmaqda davam edirlər. Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, aprelin 11-də axşam saatlarında erməni silahlı birləşmələri Tərtər rayonunun Qapanlı kəndini müxtəlif növ iriçaplı silahlardan atəşə tutub: "Saat 20:05-də ermənilər Qapanlını atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə düşmən susduruldu. Hadisə nəticəsində ciddi dağıntı və tələfat yoxdur".

M.Məmmədov deyib ki, ötən gecə erməni tərəfi rayonun Çiləbürt və Yarımca kəndlərini də atəşə tutub: "Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub".