XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 12:18

Erməni generalından etiraf:“Azərbaycan çox savadlı döyüş apardı, onlara zəif demək olmaz”

 

balasanyan

 

“Bu gün Azərbaycanın müasir ordusu var. Onlar ciddi şəkildə müharibəyə hazırdırlar. Son əməliyyat göstərdi ki, Azərbaycan ordusu taktiki planda zəif deyildi. Bunu qiymətləndirmək lazımdır”.

Strateq.az bildirir ki, bu sözləri Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsi, general-mayor Vitali Balasanyan televiziyaya müsahibəsində bildirib.   

Onun sözlərinə görə, itkilərə baxmayaraq, Azərbaycan tərəfi hərbi baxımdan çox savadlı döyüş aparıb.  “Bunu qiymətlənidrməmək olmaz. Cəbhə xəttinin bütün yolları artilleriya atəşi altında idi. Bu, çox savadlı döyüş idi. Azərbaycanlılara hucum etmək asan oldu, ona görə ki, onların pilotsuz təyyarələri vardı. Bunun nəticəsində onlar yuxarıdan döyüşə nəzrət edə biliridlər”, – deyə Balasanyan bildirirb.  

X. SƏFƏROĞLU