XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 13:26

Mövlud Çavuşoğlu:“Dağlıq Qarabağ məsələsində təmas qrupunun yaradılması önəmli addım olacaq”

 

cavusoqlu

 

“Son günlər erməni silahlı bölmələrinin hücuma keçməsi ilə təmas xəttində ciddi qarşıdurma baş verdi. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam etdiyi müddətdə toqquşmalar davam edəcək”.

APA-nın xəbərinə görə, bunu İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, BMT qətnamələri yerinə yetirilməli, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: “Dağlıq Qarabağ məsələsində təmas qrupunun yaradılması önəmli addım olacaq”.