XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 14:19

Gömrükdə mallar və nəqliyyat vasitələri “ASAN imza” iləelektron şəkildə bəyan ediləcək

asan xidmetCari ilin aprelin 4-dən etibarən pilot layihə çərçivəsində Elektron Hökumət Portalında (www.e-gov.az) malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xidmət fəaliyyət göstərir. Sözügedən elektron xidmətdən “ASAN imza” mobil elektron imza vasitəsilə istifadə edərək vətəndaşlar xaricdən gətirdikləri malları və nəqliyyat vasitələrini gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər.

“ASAN imza”dan bildirilib ki, bunun üçün deklarant “ASAN imza” ilə Elektron Hökumət portalına daxil olmalı (autentifikasiyadan keçməli) və müvafiq elektron xidməti seçərək gömrük bəyannaməsini elektron şəkildə doldurmalı, sonda bəyannaməni “ASAN imza” ilə təsdiqləməlidir (imzalamalıdır).

Elektron gömrük bəyanetmə sisteminin tətbiqi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi prosesində ən zəruri məqam bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Yeni elektron bəyanetmə sistemi istifadəyə verilənədək bu əməliyyat gömrük sərhədlərində mal sahibinin kağız üzərində formanı dolduraraq imzalaması ilə aparılırdı. Ölkəyə idxal edilən malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi zamanı “ASAN imza” xidmətindən istifadə bu əməliyyatın olduqca rahat və çevik şəkildə icra edilməsi və istifadəçi məmnuniyyəti baxımından mühüm əhəmiyyət daşıyır.