XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 13:35

BMT-də Qarabağla bağlı mühüm qərar qəbul edildi
Bu gün BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurası Azərbaycanın təklif etdiyi “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnaməsi ilə bağlı qərar qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir ki, Xorvatiyanın Rovin şəhərində keçirilən Birləşmiş Millətlərin ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında məsələ gündəliyə daxil edilib və müzakirə edilib.
Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.
Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz qarşısının alınması üçün beynəlxalq sənədin qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq rıçaq əldə olundu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin təqdim etdiyi sənədin mahiyyətini və əhəmiyyətini Şuranın üzv ölkələri üçün açıqlayıb və bildirib ki, bu sənəd beynəlxalq hüquqa və ölkələrin suveren hüquqlarının qorunmasına, həmçinin Dünya Turizm Təşkilatının qəbul etdiyi Qlobal Turizm Etik Kodeksinin prinsiplərinə əsaslanır.