XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2015 - 11:07

Nadir xanım müğənniləri təhqir etdi – “Sizin əriniz xalqdır”

nadir

Qalmaqallı sənətçi Nadir Qafarzadə növbəti “bomba”sını partladıb.

“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, ifaçı “Bazar səhəri” verilişində xanım həmkarlarını qəzəbləndirəcək etiraflar edib.

O, qadın sənətçi ilə evliliyə yaxşı baxmadığını deyib: “ömrü boyu müğənni xanımla evlənmərən, nə də oğlumu qoymaram müğənni xanımla evlənsin. Heç kim məndən küsməsin, inciməsin! Yenə də deyirəm, birmənalı olaraq müğənni xanımla evlənmərəm”.

Qafarzadə öz fikrini təsdiqləmək üçün Hüseyn Arifdən misal da gətirib:

“Sənət aləmində belə bir əhvalat danışılır; Hüseyn Arif xanım sənətçilərdən birinə zəng vurur ki, filan rayonda toy var, gəl gedək. Həmin müğənni, “ərim rayona toya qoymur” deyəndə, şair ona belə cavab verir; “Sənin ərin xalqdır”. Düz də deyib. Müğənni arvad tək mənə məxsus olmayacaq.

Bir də ki, o arvad gedib gecə yarıya qədər toylarda oxuyub pul qazanacaq, mən də evdə oturub onu gözləyəcəm. Sonra da 100 minlik maşın sürüb genələcəm”?