XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 18:16

Naxçıvan Ali Məclisində görüş –Vasif Talıbov səfiri qəbul etdi (FOTO)

vasif-gorus-rumun

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindənverilən məlumata görə, Ali Məclisin Sədri qonağın muxtar respublikaya ötən səfərini xatırlayıb və onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında əlaqələrin inkişafında səfirin fəaliyyətini qeyd edən Ali Məclisin Sədri əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən Rumıniya səfiri ölkələrimiz arasındakı münasibətlərdən danışıb, Naxçıvanın sosial-iqtisadi inkişafının, təhsil, səhiyyə və digər sahələrdə yaradılan müasir infrastrukturun əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.