XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

12 Aprel 2016 - 20:19

Ermənistan itkilərini yavaş-yavaş açıqlayır:75 hərbçiləri ölüb, 122 nəfər yaralanıb

 'sg'r

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən daha 7 erməni hərbçisinin adını açıqlayıb.

Report.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan özünün "Facebook" səhifəsində onların adlarını yazıb: polkovnik Aleksan Arakelyan (1982-ci ildə anadan olub), çavuş Adam Saakyan (1996), sıravilər – Norik Sarqsyan (1996), Boris Ozmanyan (1996), Jora Yesayan (1996), Azat Simonyan (1996), Artur Gevorkyan (1997).

O, günün ikinci yarısında Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilən daha 6 erməni silahlısının da adını açıqlayıb: Leytenant Aşot Karapetoviç Şahbazyan (23 yaşında), çavuşlar – Karen Artakoviç Nersisyan (19 yaş), Arman Seyranoviç Andreasyan (20 yaş), sıravi əsgərlər – Qriqori Gevorkoviç Arutyunyan (19 yaş), Tiqran Eduardoviç Beraktsyan (19 yaş), Baqrat Arturoviç Aleksanyan (21 yaş).

Qeyd edək ki, mətbuat katibi aprelin 8-də təmas xəttində 44 erməni hərbçisinin zərərsizləşdirildiyi barədə məlumat yaymışdı.

Ekspertlərin fikrincə, Ermənistan Müdafiə Nazirliyi itkilərinin dəqiq sayını ölkə ictimaiyyətindən gizlətmək üçün onların tam sayını və adlarını açıqlamır. Erməni tərəfi onların adlarını vaxtı uzatmaqla açıqlayır.