XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 00:02

“Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək” –Almaniyanın xarici işlər naziri

Frank-Valter

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar aparmağa çağırıb.

O, bunu Berlində keçirilən ATƏT "üçlüyü"nün görüşü öncəsi bəyan edib.

Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişini alqışlayıb, lakin onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud olan status-kvo regionda "təhlükəsizliyə yardım" edə bilməz.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır(Report).