XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 10:18

“Bu, böyük tarixi qələbədir” –Rövnəq Abdullayev

rovneq

“Tarixdə ilk dəfədir ki, Azərbaycan millisi dünya çempionatında çıxış edəcək”. 

Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Xatırladaq ki, dünya çempionatına vəsiqə uğrunda pley-of cavab qarşılaşmasında öz meydanında Hollandiya ilə 4:4 hesablı bərabərliyə razılaşan futzal üzrə milli komandamız ilk oyunda əldə olunmuş 5:1 hesablı qələbə sayəsində mundiala getməyə haqq qazanıb.

Matçdan sonra Rövnəq Abdullayev fikirlərini bölüşüb: “Düşünürəm ki, bu, böyük qələbədir. Millimizin bu uğuru ölkəmizdə futzalın inkişafına təkan verəcək. Uğurlarımız davamlı olsun”. 

APA