Bakıda litseyin damı uçdu – FOTOLAR

ötən axşam paytaxtda əsən güclü külək fəsadsız ötüşməyib.
Bakı Dövlət Universitetinin Əhməd Cəmil 41 A ünvanında yerləşən Gənc İstedadlar Liseyinin damı uçub.
Dam örtüyünün böyük hissəsi ətrafda yerləşən binaların həyətində düşüb.
Bu barədə Arqument.az-ın ərazidə olan müxbiri məlumat verib.
Qəza nəticəsində ətrafdakı avtomobillərə və qarajlara ziyan dəyib.
Sakinlərin bildirdiyinə görə, hələ ki, aidiyyatı qurumlardan maraqlanan yoxdur.