XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 12:03

Kamal Abdulla:"Azərbaycan daxildən və xaricdən dəstəklənir”

 

kamal abdulla

"Cəbhə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan öz sözünü deməyə və dünyanı öz həqiqətinə inandırmağa qadir olan bir ölkədir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Qafqaz Müsəlmanları İdarəsinin şəhidlərimizin xatirəsinə hərs olunan tədbirində deyib.

K.Abdulla bildirib ki, Azərbaycan bütün addımlarını həmahəng və sinxton şəkildə atır. O qeyd edib ki, son hadisələr Azərbaycanı qələbəyə doğru yolunu bir az da yaxınlaşırdı: "Azərbaycan nəinki öz daxilində dəstəklənir, həm də xaricdən dəstəklənir. İnanıram ki, Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın qətiyyəti ilə biz torpaqlarımızın azad ediləcəyi günü görəcəyik. Prezidentimizin arzusu Azərbaycan torpaqlarını işğaldan azad etmək, xalqımızın rifahına nail olmaqdır və bu istiqamətdə işlər görülür. Biz bütöv ölkə, xalq olaraq dünya qarşısında həmişə üzüağ olmağı bacaracağıq".