XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 13:01

“Dilqəmlə Şahbazın taleyi üçün narahatlıq yoxdur” –Rəsmi açıqlama

dilqem-1

“2014-cü ilin iyul ayında doğmalarının qəbrini ziyarətə gedərəkən ermənilər tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarətindir”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası nəzdindəki İşçi Qrupun sədr müavini Eldar Səmədov hafta.az-a açıqlamasında deyib. Eldar Səmədov həmçinin deyib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri narahat olması başadüşüləndir: “Onların həyati təhlükəsi ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Əsirlərin vətənə qaytarılması ilə bağlı işlər davam etdirilir".

Qeyd edək ki, iki gün öncə Dilqəm Əsgərovun yaxınları 2-5 aprel döyüşlərindən sonra Azərbaycanlı əsirdən heç bir xəbər almadıqlarını və onun həyatı haqqında nigaran olduqlarını qeyd etmişdilər.