İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bir sıra hüquqi sənədlərin qəbulunun səbəbsiz ləngidilməsindən şikayətlənib.
Report.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova bu gün Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
E.Süleymanova bildirib ki, uzun illərdir qurumun təqdim etdiyi, hətta Milli Məclis tərəfindən imzalanan iki layihə hələ də müzakirəyə çıxarılmır:
"Reproduktiv sağlamlıq haqqında" və qız uşaqlarının zorakılığa məruz qalması ilə bağlı qanun layihələrinin qəbulu 8 ildir ləngiyir. Axı, nə üçün? Nədir səbəb? Bu sənədlərin qəbulu bizim üçün olduqca əhəmiyyətlidir".