XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 22:38

Saakaşviliyə Ukraynada vəzifə verildi – Odessa qubernatoru

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib və qubernator təyin edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Ali Radasının deputatları bildirib.

“Mixail Saakaşvili rəsmən Ukrayna vətəndaşı oldu“, – xəbərini “Pyotr Poroşenko bloku”nun təmsilçisi Mustafa Nayem özünün “Facebook” səhifəsində yazıb.

Digər deputat Sergey Leşşenko isə “Twitter“-də sabiq Gürcustan prezidentinə Ukrayna vətəndaşlığının verilməsi və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilməsini təsdiqləyərək yazıb: “Mixo, biz yeni Batumi istəyirik!”.