Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində daha bir kadr dəyişikliyi olub.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Məlumat Reklam Müəssisəsinin direktoru Vəliyev Seymur Namazəli oğlu işdə buraxdığı nöqsanlara görə İdarənin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.
Məlumatda o da bildirilib ki, İdarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri davam edir.