XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2015 - 12:44

4 günəşli planet kəşf edildi – FOTOLAR

4 günəşli planet kəşf edildi - FOTOLAR

“30 Ari b” adı verilən planet Yerdən 136 işıq ili uzaqlıqda yerləşir

Elm adamları 4 ulduzlu sistemdə yeni planet kəşf edildiyini açıqlayıblar.
Trend-in verdiyi məlumata görə, NASA tərəfindən aparılan araşdırma xarici mətbuatda yer alıb.
Araşdırmaya əsasən, “30 Ari b” adı verilən planet Yerdən 136 işıq ili (1 işıq ili = təqribən 10 trilyon kilometr) uzaqlıqda yerləşir.
4 ulduzlu “30 Ari” sistemində yer alan “30 Ari b” planetinin insan yaşayışına uyğun olmadığını bildirirlər. Yupiterdən 10 dəfə böyük olan bu planetin öz əsas ulduzu ətrafında dövr etməsi 335 gün çəkir.
Araşdırmaya görə, günəşlərin dördünü də həmin planetdən görmək olur.