XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 17:42

UEFA Çempionlar Liqası:Bu axşam son yarımfinalçılar bəlli olacaq

UEFA CL

Bu axşam UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində daha iki cavab qarşılaşması oynanılacaq.

Son yarımfinalçıların kimliyinə aydınlıq gələcək görüşlər İspaniya və Portuqaliyada keçiriləcək. Madridin “Atletiko” klubu “Visente Kalderon”da nüfuzlu turnirin son qalibi “Barselona” ilə qarşılaşacaq. Son vaxtlar forma yığan Fernando Torresin ilk matçda qırmızı vərəqə alması baş məşqçi Dieqo Simeonenin işini çətinləşdirib. Bu matçda yarımmüdafiəçi Tiaqo və Ximenes də madridlilərə kömək edə bilməyəcək. “Barselona”nın zədələliləri isə start heyətə təsir göstərməyəcək. Belə ki, Ceremi Matyu, Tomas Vermalen, Rafinya və Aleyş Vidal bu qarşılaşmada forma geyinə bilməyəcək.

Gecənin pararlel oyununda Portuqaliyanın “Benfika” klubu “Bavariya”nı qəbul edəcək. Ev sahibi Jonas Qonçalves, Julio Sezar, Nuno Santos və Luizaonun xidmətindən məhrum olacaq. Pep Qvardiola zədə üzündən Jerom Boatenq və Holqer Badştuberdən yararlana bilməyəcək. Aryen Robbenlə Medhi Benatianın da heyətdə yer alması sual altındadır(azərtac).