XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 17:50

Məhkəmə ANS-ə “yox” dedi –8 iş üzrə qərar verildi

mehkeme 2

Bu gün Bakı Apellyasiya Məhkəməsində “ANS ÇM” radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri əsasında məhkəmə prosesləri keçirilib.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin verdiyi məlumata görə, məhkəmə 8 şikayət üzrə qərar qəbul edib. Həmin qərarlara əsasən, radionun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarları qüvvəsində saxlanılıb.

Qeyd edək ki, MTRŞ radionun cərimə olunması ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.

Apa.az