Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir işləri həyata keçirilir.
“Azəravtoyol”dan bildirilib ki, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır. Avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılır.
Bütün işlər tərtib olunmuş cədvələ uyğun aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.