XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 17:53

Bu il yayda Azərbaycanda əvvəlki illərə nisbətən isti olacaq –Rəsmi

hava-gunesli

Bu il Azərbaycanda yay fəslinin əvvəlki illərə nisbətən isti olacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun bildirdiyinə görə, qışın və yazın müqayisəsi göstərir ki, yayda havanın temperaturunda keçən illərlə müqayisədə 1-2 dərəcə fərq olacaq. Onun sözlərinə görə, ümumilikdə istilərin davamlı olacağını demək olmaz:

“Məsələn, keçən il iyulun 20-dən avqustun 20-dək ölkə ərazisində yağıntı olmadı, amma havanın temperaturu yüksək oldu. Bu il belə davamlı istilər gözlənilmir. Sadəcə müəyyən günlərdə havanın temperaturu 40 dərəcəyə qədər artacaq”.

M.Həsənov əlavə edib ki, bu il Azərbaycanda qış fəsli isti keçib. Onun sözlərinə görə, hətta bəzi günlərlə müqayisədə havanın temperaturu normadan yüksək olub: “Davamlı soyuqlar, mənfi temperaturlar olmayıb. Yazda da hələlik istilər müşahidə olunur”.

APA