XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 21:05

Maliyyə Bazarlarına Nəzarət Palatasında iclas:Kreditlər və yeni şuranın yaradılması müzakirə olunub

kredit

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib.

Palatadan verilən məlumata görə, iclasın gündəliyinə maliyyə bazarlarının mövcud vəziyyəti, gələcəkdə yarana biləcək təhdidlər və bank sektorunun maliyyə dayanıqlığı, eləcə də yaxın və orta perspektivdə atılacaq addımlar daxil edilib.

İclasın davamında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinə dair tətbiq edilmiş məhdudiyyətlə bağlı bazarın təhlili müzakirə edilib, makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verilib.

Sonda maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan olaraq Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bağlı görülmüş işlər müzakirə edilib və gələcək tədbirlərə dair qərar qəbul edilib.